Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Babək Xarbo İranda ölüm cəzası və işgəncə ilə üz-üzədir

2 dəq
Paylaş:
Babək Xarbo İranda ölüm cəzası və işgəncə ilə üz-üzədir

İranda həbs edilən etirazçı cəzası ilə üz-üzədir.

"Operativ Məlumat Mərkəzi-OMM""Iran International"a istinadən xəbər verir ki, İsfahanda saxlanılan 33 etirazçı ölüm cəzasına səbəb ola biləcək ittihamlarla üzləşir.

Bildirilib ki, bu barədə onun ailəsinə yaxın mənbə məlumat verib. Məlumata görə, Xarbo fevral ayında Diziçe şəhərində həbs edilib və hazırda həbsxanasında vəkillə əlaqə imkanı olmadan saxlanılır.

Qeyd olunub ki, saxlanıldıqdan sonra onun dindirilmə zamanı işgəncəyə məruz qaldığı iddia edilir. Həmçinin ailəsinə onun azadlığa buraxılması istiqamətində addım atmamaq barədə xəbərdarlıq edildiyi bildirilir.

Məlumata görə, Babək Xarbo yanvar ayında keçirilən etirazlar zamanı həyatını itirən 20 yaşlı Əlirza Xarbonun əmisi olub. Mənbələrin iddiasına əsasən, Əlirza etirazlar zamanı güllələnib, daha sonra həbsdə ölüb və cəsədi çoxsaylı güllə yaraları ilə ailəsinə təhvil verilib.

Bildirilib ki, eyni hadisələr zamanı azı üç etirazçı daha həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax