Əsas məzmuna keç

Azyaşlının yardım kartından pul oğurlayan 1 nəfər tutuldu

Azyaşlının yardım kartından pul oğurlayan 1 nəfər tutuldu

Nəsimi rayonunda xəstə uşağın bank kartındakı vəsaitini oğurlayan Orxan Hacıyev DİN tərəfindən tutulub. Sosial şəbəkədəki mənimsəmə faktının təfərrüatı bəlli oldu.

en ru

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya yardım məqsədilə kart hesabında toplanan pulu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

Keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan müəyyən edilərək saxlanılıb.

O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…