Əsas məzmuna keç

"Azərkosmos"un mənfəəti kəskin azalıb

"Azərkosmos"un mənfəəti kəskin azalıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Rəqəmsal İnkişaf və Nazirliyi yanında Kosmik (“”) 2022-ci ili 1,429 mənfəətlə başa vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 10,2 dəfə azdır.

Ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərdən gəlirləri 49,548 milyon manat (əvvəlki ilə nisbətən 14,3 % az), xidmətlərinin maya dəyəri 45,137 milyon manat (10,6 % az), ümumi və inzibati xərcləri 14,393 milyon manat (41 % çox), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 1,451 milyon manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 7,393 milyon manat (5,7% az), maliyyə xərcləri 15,233 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 7,726 milyon manat (37,3 % az), digər gəlirləri isə 10,074 milyon manat (32,7 % az) təşkil edib. Agentlik mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 508,615 milyon manat olub ki, bu da illik müqayisədə 8,3 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 30,6 % azalaraq 362,062 milyon manata düşüb, balans kapitalı isə 4,5 dəfə artaraq 146,554 milyon manata, o cümlədən nizamnamə kapitalı 61 % artaraq 272,606 milyon manata çatıb.

Xatırladaq ki, Kosmik Agentlik İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən "Azərkosmos" ASC-nin bazasında yaradılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…