“Azərişiq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir

“Azərişiq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
26.01.2024 10:21
Aa
dəq

“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Azərişıq” ASC-yə istinadən verdiyi məlumata görə, qurumun əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transfomatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.

Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib.

Həmçinin, Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) kabel xəttinə gərginlik verilib. Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.

“Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir. Yaranan problemlərin mümkün qədər tez vaxtda aradan qaldırmağa çalışır.

 

Həftənin ən çox oxunanları

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb
DAVAMIN OXU davamın oxu

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb

“Anadolu ankası- 2024” beynəlxalq təlimləri başa çatıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

İsveçrə “Avroviziya-2024”ün qalibi olub

İsveçrə “Avroviziya-2024”ün qalibi olub
DAVAMIN OXU davamın oxu