Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Azərbaycanla sülh balanslı siyasət sayəsində mümkün olub" - Paşinyan

3 dəq
Paylaş:
"Azərbaycanla sülh balanslı siyasət sayəsində mümkün olub" - Paşinyan

Ermənistanın Nikol Paşinyan ölkəsinin xarici siyasəti və regionda sülh prosesi ilə bağlı açıqlamalar verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki proqramının təqdimatı zamanı bildirib ki, arasında sülh prosesi balanslaşdırılmış xarici siyasət nəticəsində başlayıb.

Baş nazir qeyd edib ki, balanslı və tarazlaşdırıcı xarici siyasət öz effektivliyini sübut edib və ölkənin xarici mühitinin sabitləşməsinə imkan yaradıb. Onun sözlərinə görə, bu strategiya xarici münasibətlərdə disbalansın qarşısını almağa xidmət edir.

Paşinyan vurğulayıb ki, regionlaşma bu siyasətdə əsas rol oynayır və məqsəd Ermənistanın xarici dəstək olmadan öz mühitində daha dayanıqlı şəkildə fəaliyyət göstərməsidir. O, Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Baş nazir əlavə edib ki, nəqliyyat infrastrukturunun açılması, o cümlədən Gümrü-Qars dəmir yolunun istifadəsi regionda əməkdaşlığı gücləndirə bilər və bölgəni mühüm tranzit mərkəzinə çevirər.

Paşinyan həmçinin “3+3” regional formatının inkişafına önəm verdiklərini və Rusiyanın bu platformada iştirakının Ermənistan-Rusiya münasibətlərinin transformasiyası baxımından vacib olduğunu qeyd edib.

O bildirib ki, Ermənistan Orta Asiya və Yaxın Şərq ölkələri, eləcə də Hindistanla əlaqələrin genişləndirilməsini nəzərdə tutan yeni “Regionallaşma 2” konsepsiyasını qəbul edib. Bu çərçivədə və Pakistanla diplomatik münasibətlərin qurulduğunu xatırladıb.

Baş nazir çıxışında ABŞ, Çin, Böyük Britaniya, Almaniya və digər ölkələrlə əməkdaşlığın inkişaf etdirildiyini də diqqətə çatdırıb.

Paşinyan qeyd edib ki, sülhə nail olunmasında əsas dönüş nöqtəsi Azərbaycan və Türkiyə ilə birbaşa dialoqa üstünlük verilməsi olub. Onun sözlərinə görə, əvvəllər üçüncü tərəflər vasitəsilə aparılan danışıqlar mesajların təhrif olunmasına səbəb olurdu.

Baş nazir əlavə edib ki, bəzi müxalif qüvvələr onu Azərbaycan və Türkiyəyə yaxın mövqe tutmaqda ittiham etsə də, birbaşa ünsiyyətin daha effektiv və düzgün nəticələr verdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax