Azərbaycanın vergi orqanları 9 ayda 31 milyon manat ziyanı büdcəyə ödətdirib

Azərbaycanın vergi orqanları 9 ayda 31 milyon manat ziyanı büdcəyə ödətdirib
13.10.2023 16:25
Aa
dəq

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 milyon 381,1 min manat ziyanın dövlət büdcəsinə ödətdirilməsini təmin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlayıb. Əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bunlardan 68 cinayət işinin icraatına xitam verilib, 62 nəfər barəsində ittiham elan edilməklə 51 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 68 cinayət işindən 29-u üzrə vergi ödəyicilərinin yayındırdığı vergi ibtidai istintaq zamanı tam ödənildiyindən, Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat vəsait ödənilib.

Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində büdcəyə 4,6 milyon manat vəsait ödətdirilib.

Hesabat dövründə müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 vergi nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Həftənin ən çox oxunanları

Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR

Maaş, pensiya, müavinət və təqaüdlərlə bağlı hamını SEVİNDİRƏCƏK XƏBƏR
DAVAMIN OXU davamın oxu

Türkiyə bankları Rusiya ilə əməliyyatlardan tamamilə imtina etmək niyyətindədir

Türkiyə bankları Rusiya ilə əməliyyatlardan tamamilə imtina etmək niyyətindədir
DAVAMIN OXU davamın oxu

Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir

Bakıda “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilir
DAVAMIN OXU davamın oxu

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq
DAVAMIN OXU davamın oxu