Azərbaycanın səhiyyə naziri həmkarları ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın səhiyyə naziri həmkarları ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
20.10.2023 18:33
Aa
dəq

İstanbul şəhərində keçirilən “IX Türk Tibb Dünyası Qurultayı” çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri Hakan Dinçyürek, Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalıyev, Gürcüstanın səhiyyə naziri Zurab Azaraşivili, Şimali Makedoniyanın səhiyyə naziri Fatmir Meciti və Kubanın ictimai səhiyyə nazirinin müavini Tania Margarita Cruz Hernandezilə ikitərəfli görüşlər keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Görüşdə konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə, tibb təhsilində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdə tərəflər arasında türk dünyası ölkələri üçün səhiyyənin rəqəmsallaşdırılmasının əhəmiyyəti, dünya səhiyyəsində yeni çağırışların tətbiqi və müxtəlif platformalara ehtiyac olduğu vurğulanıb.

Həmçinin, ölkələrdə səhiyyədə həyata keçirilən uğurlu islahatların nəticələri, elmi araşdırma mərkəzlərində aparılan tədqiqatlar, stomatologiya, daxili xəstəliklər, transplantasiya və tibbi turizmin inkişafı ilə bağlı əməkdaşlıq barədə danışılıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu