Operativ Məlumat Mərkəzi

Azərbaycanın qeyri-neft ixracı 17,8 faiz artıb

1 dəq
Paylaş:
Azərbaycanın qeyri-neft ixracı 17,8 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 6,9 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir ki, təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 milyon ABŞ dollarlından çox qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3 faiz artaraq 3 milyard ABŞ dollarını ötüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər