Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 3 % artırıb

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 3 % artırıb
05.03.2024 13:35
Aa
dəq

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 51,7 %-i, qeyri-neft-qaz ÜDM-nin isə 81,9 %-i qədər - 63,6 milyard manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" hökumətin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,25 % çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 77,3 %-i banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 76,4 % olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 20,8 %-dən 19,7 %-ə düşüb, sığorta şirkətlərinin payı 2,6 %-dən 2,8 %-ə qalxıb, investisiya şirkətlərinin payı isə 0,2 % qalıb.

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu