Operativ Məlumat Mərkəzi

Azərbaycanın futzal üzrə FİFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb

1 dəq
Paylaş:
Azərbaycanın futzal üzrə FİFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb. Azərbaycan Futzal Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki,...

Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.

Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznika-Qrad” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq.

K. Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznika-Qrad” qarşılaşmasında isə birinci hakim futnksiyasını yerinə yetirəcək. Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.

Bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər