Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan 6 giqavat həcmində enerji hasil etmək istəyir

2 dəq
Paylaş:
Azərbaycan 6 giqavat həcmində enerji hasil etmək istəyir

Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

hesab edir ki, qazıntı növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir:

"Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır".

Prezident vurğulayıb ki, bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq:

"Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax