Əsas məzmuna keç

Azərbaycandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

Azərbaycandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib. İstintaqla müəyyən edilib ki, həmin şəxslər sərhəd-keçid məntəqəsindən yan ötməklə Azərbaycandan qrup...

Gürcüstanın Laqodexi rayonunda “Matsimi” bölməsində dövlət sərhədini qanunsuz keçən dörd nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər sərhəd-keçid məntəqəsindən yan ötməklə Azərbaycandan qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməli 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Saxlanılan əcnəbilərin vətəndaşlıqları açıqlanmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…