Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda yeni agentlik yaradıldı

2 dəq
Paylaş:
Azərbaycanda yeni agentlik yaradıldı

İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb.

tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.

aşağıdakılara dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- iki ay müddətində Agentliyin əsasnaməsi və strukturunun layihələri, habelə işçilərinin say həddinə dair;

- dörd ay müddətində qabaqcıl təcrübə nəzərə alınmaqla, "Tullantılar haqqında" qanunun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair;

- beş ay müddətində "2027–2030-cu illərdə sosial- Strategiyası" layihəsi ilə əlaqələndirməklə "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair;

Bundan başqa, hökumət Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax