Operativ Məlumat Mərkəzi

Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur

1 dəq
Paylaş:
Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur
{"az":"bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman cəza-icra qanunvericiliyində və...","en":"","ru":""}

Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər