Azərbaycanda xarici dərmanların qeydiyyatı 5 il müddətində qüvvədə olacaq

Azərbaycanda xarici dərmanların qeydiyyatı 5 il müddətində qüvvədə olacaq
14.07.2023 12:18
Aa
dəq

Azərbaycanda xarici (beynəlxalq) qeydiyyatı tanınan dərman vasitəsinin dövlət qeydiyyatı 5 il müddətində qüvvədə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni 6-2-ci maddə (Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması) əlavə edilir.

Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin yenidən dövlət qeydiyyatına alınması məqsədilə ərizəçinin müraciətinə bu qanunun 6-2-ci maddəsində nəzərdə tutulan qaydada baxılacaq.

Xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dövlət qeydiyyatına alınmış dərman vasitəsinin bu qanunun 6-2.3-cü maddəsində qeyd olunan sənədlərində (məlumatlarında) hər hansı dəyişiklik olduqda, ərizəçi dəyişikliyin dövlət qeydiyyatına alınması üçün icazə verən orqana müraciət edəcək.

Müraciətə icazə verən orqan tərəfindən bu qanunun 6-2.5-ci – 6-2.14-cü maddələrində nəzərdə tutulan qaydada baxılır, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi aldıqdan sonra dəyişiklik dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında yeni vəsiqə ərizəçiyə təqdim edilir. Bu zaman reyestr nömrəsi və dövlət qeydiyyatı haqqında vəsiqənin nömrəsi dəyişməyəcək.

Dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu