Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə bölməsinin rəhbəri Afina Babayeva qəfil vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A.Babayeva Bakı şəhərində dünyasını dəyişib. O, Gəncə şəhərində dəfn ediləcək.
Qeyd edək ki, Afina Babayeva uzun illər bank sektorunda çalışıb. O, müxtəlif bankların regional nümayəndəliyinin rəhbəri olub.