Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib

Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
20.08.2024 12:06
Aa
dəq

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tibbi laboratoriyaların keyfiyyət və səriştəliliyinə dair yeni AZS ISO 15189:2024 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəliliyə dair tələblər” dövlət standartını qəbul edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tibbi laboratoriyaların keyfiyyətinə və səriştəliliyinə inam yaratmaqla pasiyentlərin rifahını və laboratoriya istifadəçilərinin məmnunluğunu təmin etməkdir. Sözügedən standart laboratoriya istifadəçiləri, eləcə də nəzarət və akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqi və ya tanınması üçün də tətbiq ediləcək. 

Yardım məntəqələrindəki müayinələrə də şamil edilməsi nəzərdə tutulan yeni standart aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırılaraq “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunub və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu