Əsas məzmuna keç

Azərbaycanda rəqəmsal sübutlar hüquqi status alacaq

Azərbaycanda rəqəmsal sübutlar hüquqi status alacaq

DTX rəsmisi Davud Rüstəmov Milli Məclisə təqdim edilən yeni qanun layihəsini açıqladı. Artıq kiber izlər və süni intellekt rəsmi dəlil sayılacaq. Detallar burada.

en ru

Azərbaycanda yaxın vaxtlarda rəqəmsal sübut anlayışı tam hüquqi əldə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Mərkəzinin rəisi bildirib.

Davud Rüstəmov bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi üçün təşəbbüs irəli sürüldüyünü və sənədin artıq Milli Məclisə təqdim olunduğunu bildirib.

Onun sözlərinə görə, dəyişikliklər qəbul edildikdən sonra cinayətlərin texniki izlərinin aparat və proqram təminatlarında, şəbəkələrdə, eləcə də bulud texnologiyalarında aşkar edilməsi və bu məlumatların hüquqi sübut kimi tanınması təmin olunacaq.

D. Rüstəmov qeyd edib ki, texnologiyanın, xüsusilə də süni intellektin sürətli inkişafı rəqəmsal mühitdə məlumatların həm təhrifini, həm də avtomatlaşdırılmasını xeyli sürətləndirib. Artıq illər tələb edən hesablamaların saniyələr ərzində aparılması mümkündür.

DTX rəsmisi əlavə edib ki, Ali Neft Məktəbində açılan yeni laboratoriyada Azərbaycanda istehsal olunan proqram və aparat təminatlarının testləri aparılacaq, mövcud zəiflik və boşluqlar aşkar ediləcək. Məqsəd ölkənin rəqəmsal inkişaf tempinə uyğun elmi-tədqiqat işlərinin sürətləndirilməsidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…