Operativ Məlumat Mərkəzi

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq

1 dəq
Paylaş:
Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq
Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı...

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər