Azərbaycanda 2024-cü ildə 14-17 yaş arası şəxslərin iştirakı ilə 279 cinayət törədilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda hüquqpozmalar" adlı məcmuəsində qeyd edilib.
Məlumata görə, sözügedən ildə əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən 6 min 123, bir qrup şəxs tərəfindən 80, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən 1 657, mütəşəkkil dəstə tərəfindən 10, sərxoş vəziyyətdə 168, residiv cinayətlər 438, narkotikin təsiri altında 9, narkomanlar tərəfindən isə 3 min 879 cinayət törədilib.