Əsas məzmuna keç

Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb

Rəqəmsal İnkişaf və Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Nail bildirib.

"Sənəd müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, tam hazır olduqdan sonra aidiyyəti üzrə təqdim ediləcək. Yeni qanun internetin sürətinə və qiymətinə nəzarətin artırılması, telekommunikasiya sahəsində fəaliyyətə başlamaq istəyən sahibkarlara dəstək verilməsi ilə bağlı məsələləri özündə ehtiva edir", - deyə o qeyd edib.

"Yeni qanunda internetin keyfiyyəti ilə bağlı standartların tətbiq edilməsi də var. Hazırda fəaliyyətin təşkili ilə bağlı standartlar işlənilir. Dünyamız dəyişir, şəbəkə dayanıqlılığına, informasiya təhlükəsizliyinə daha çox üstünlük verilir. Bununla bağlı bizim tələblərimiz də artır. Bundan sonra provayder və operatorlar məcbur olacaqlar ki, şəbəkə dayanıqlılığı və informasiya təhlükəsizliyi ilə bağlı konkret tələbləri icra etsinlər. Tələblər icra edilməsə onlara qarşı sanksiyalar tətbiq ediləcək", - deyə N.Mərdanov əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #konkret#mərdanov
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…