Azərbaycanda elektrik enerjisinin istehsalı 6 % artıb

Azərbaycanda elektrik enerjisinin istehsalı 6 % artıb
17.03.2023 09:54
Aa
dəq

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.

"Operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 5,8 % artaraq 5 176,9 milyon kVt/st olub. İxrac 840 milyon kVt/st, idxal isə 21 milyon kVt/st təşkil edib", - deyə o qeyd edib.

Həftənin ən çox oxunanları