Azərbaycanda bu televiziya cərimələndi - SƏBƏB NƏ İMİŞ?

Azərbaycanda bu televiziya cərimələndi - SƏBƏB NƏ İMİŞ?
15.08.2024 14:34
Aa
dəq

İctimai Televiziya və Radio Yayımları Şirkəti (“İTV” kanalı) cərimələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kii, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, buna səbəb kanalın efirində cari ilin mayın 4-də, saat 13.00-13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb:

"Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir".

Qeyd edilib ki, “İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub:

"Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust tarixində inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edilib".

Həftənin ən çox oxunanları

Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA

Saxta jurnalist peyda olub - RƏSMİ AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

MEDİA açıqlama yaydı

MEDİA açıqlama yaydı
DAVAMIN OXU davamın oxu

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb

Mətbuat Şurası hər hansı qayda pozuntusu aşkarlamayıb
DAVAMIN OXU davamın oxu

"Səhiyyə TV" cərimələndi

DAVAMIN OXU davamın oxu

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib

Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib
DAVAMIN OXU davamın oxu