Əsas məzmuna keç

Azərbaycanda bu qaydalar təsdiqləndi

Azərbaycanda bu qaydalar təsdiqləndi

Baş nazir Əli Əsədov beynəlxalq standartların ölkəmizdə tətbiqi və standartlaşdırma ilə bağlı mühüm qərar imzaladı. Yeni texniki reqlamentlərin təfərrüatı burada.

en ru

Respublikasının ərazisində beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının qaydaları təsdiq edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, beynəlxalq standartın dövlət standartı kimi qəbul edilməsi aşağıdakı hallarda mümkündür:

standartlaşdırma obyektləri üzrə qüvvədə olan dövlət standartının olmaması və ya mövcud dövlət standartının beynəlxalq standartlarla ziddiyyət təşkil etməsi;

Azərbaycanın standartlaşdırma sahəsində beynəlxalq və regional təşkilatlara üzv olması;

beynəlxalq standartların qəbulunun və tətbiqinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulması.

Bildirilib ki, dövlət standartı kimi qəbul edilən beynəlxalq standartlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və qüvvədə olan texniki reqlamentlərin tələblərinə zidd olmamalıdır.

Eyni zamanda beynəlxalq standartlar müəlliflik hüquqları qorunmaqla əldə edilməli, müvafiq standartın orijinal nüsxəsinin birbaşa dövlət standartı kimi qəbul edilməsi istisna olmaqla, rəsmi nəşrlər əsasında tərcümə edilməlidir. Beynəlxalq standartların tərcüməsi maraqlı tərəflər və müraciəti təqdim edən texniki komitə tərəfindən həyata keçirilir və tərcümənin autentikliyi milli standartlaşdırma qurumu tərəfindən təsdiqlənir.

Qaydada qeyd olunub ki, təsərrüfat subyektləri tərəfindən standartların rəsmi nəşri müəyyən olunmuş qaydada milli standartlaşdırma qurumuna təqdim edilmədiyi halda, həmin standartların tətbiqinə icazə verilməyəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…