Azərbaycanda dərmandan kütləvi zəhərlənmə olub, 1 nəfər öldü - YENİLƏNİB

Azərbaycanda dərmandan kütləvi zəhərlənmə olub, 1 nəfər öldü - YENİLƏNİB
30.08.2024 14:53
Aa
dəq

30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

***

Göygöldə zəhərlənmə səbəbindən ölən şəxsin kimliyi müəyyən olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 2014-cü il təvəllüdlü A.Orucovadır.

Digərlərinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə kəndlərin birində qeydə alınıb. Bildirilib ki, zəhərlənən 4 nəfərdən 3-ü azyaşlıdır. Onlardan 9 yaşlı uşaq ölüb.

Onların “Niastol” adlı bit dərmanından zəhərləndikləri ehtimal edilir.

Araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu