Operativ Məlumat Mərkəzi

Azərbaycanda 3,9 min nöqtə üzrə 12,5 min kamera quraşdırılıb

1 dəq
Paylaş:
Azərbaycanda 3,9 min nöqtə üzrə 12,5 min kamera quraşdırılıb
bunu Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində ötən il respublika üzrə...

Ötən il Azərbaycanda quraşdırılmış təhlükəsiz kameraların sayı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində ötən il respublika üzrə daha 63 nöqtədə 196 kamera quraşdırılıb və hazırda müvafiq texniki vasitələrin sayı 3,9 min nöqtə üzrə 12,5 min kamera təşkil edir. Bununla yanaşı, paytaxt üzrə istismar müddəti bitmiş 559 kamera yenisi ilə əvəzlənib.

Bütövlükdə Bakı metropoliteni də nəzərə alınmaqla 4,2 min nöqtədə 14,7 min kamera istifadəyə verilib (Bakı şəhərində ZA nöqtədə 7,3 min).

Qeyd edək ki, hökumətin hesabatının Milli Məclisin martın 17-də keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər