Azərbaycan yığması Avropa çempionu olub

Azərbaycan yığması Avropa çempionu olub
19.04.2023 23:48
Aa
dəq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə yığma 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl 2-ci, ümumilikdə isə 4-cü qitə çempionluğudur.

Kollektiv medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Yığma həm də bu göstərici üzrə son 4 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.

Həftənin ən çox oxunanları

Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırıb

Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırıb
DAVAMIN OXU davamın oxu

Hacı Əliyev dördqat Avropa çempionu olub

Hacı Əliyev dördqat Avropa çempionu olub
DAVAMIN OXU davamın oxu

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
DAVAMIN OXU davamın oxu

ABŞ bokusçusundan Putinə çağırış

ABŞ bokusçusundan Putinə çağırış
DAVAMIN OXU davamın oxu

Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib

Azərbaycanın MMA döyüşçüsü 20 saniyəyə nokautla qalib gəlib
DAVAMIN OXU davamın oxu