Əsas məzmuna keç

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Venesuelaya başsağlığı verdi

Rəsmi Bakı Venesuelada baş verən təbii fəlakət nəticəsində həlak olanlarla bağlı Karakas rəsmilərinə və xalqa dərin hüznlə təmənnalarını çatdırıb.

en ru

Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Venesuelada baş verən insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…