Əsas məzmuna keç

Azərbaycan XİN: Fransa sülh və sabitlikdə maraqlıdırsa, absurd yanaşmalara son qoymalıdır

Azərbaycan XİN: Fransa sülh və sabitlikdə maraqlıdırsa, absurd yanaşmalara son qoymalıdır

bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna”...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransanın Ermənistandakı səfiri Dekotinyinin növbəti dəfə ərazilərimizin işğalına və separatçılığa son qoyan Azərbaycanın legitim tədbirlərini sual altına alması, Azərbaycanı Ermənistanın ərazilərini işğalda təqsirləndirməsi, Ermənistanın hərbiləşməsini təşviq etməsi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar verməsi, Ermənistanın “yarımçıq ” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər yanaşmalar sərgiləməsi, ilk növbədə, Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində əleyhinə səsləndirdiyi əsassız iddialara cavabında söyləyib.

Onun sözlərinə görə, Fransa səfirinin açıqlamaları təmsil etdiyi ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edir.

Səfirin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsinin qarşısının alınması istiqamətində Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən tədbir görülməməsi, ilk növbədə, Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

“Xüsusilə qeyd edək ki, sülh müqaviləsinin Almatı Bəyannaməsinin prinsiplərinə söykənməsi zərurətinə istinad edən Fransa səfirinin Ermənistanın bu bəyannaməyə irəli sürdüyü qeyd-şərtində Azərbaycan ərazilərinə qarşı hələ də davam edən iddialarını, Azərbaycan ərazilərini işğal etdiyini unutdurmağa çalışması qəbuledilməzdir. Bununla yanaşı, 33 il müddətində tərəfindən işğal altında saxlanılmış Qazaxın dörd kəndinin qaytarılmasına Azərbaycan tərəfindən qarşılıq verilməsinin vacib olduğu barədə səslənmiş əsassız fikir Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə göstərdiyi hörmətsizliyin bariz nümunəsidir”, - deyən Azərbaycan XİN rəsmisi vurğulayıb ki, Fransa tərəfi əgər sülh və sabitlikdə maraqlıdırsa, bu kimi absurd yanaşmalara və açıqlamalara son qoymalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…