Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN: "Ermənistan sülh prosesində maraqlı deyil"

2 dəq
Paylaş:
Azərbaycan XİN: "Ermənistan sülh prosesində maraqlı deyil"

"Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatlar barədə açıqlamasında əksini tapıb.

Bildirilib ki, Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür.

Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər