Azərbaycan XİN başçısının israilli həmkarı müzakirə etdiyi məqamlar bildirilib

Azərbaycan XİN başçısının israilli həmkarı müzakirə etdiyi məqamlar bildirilib
29.03.2023 13:47
Aa
dəq

Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsraillin xarici işlər naziri Eli Kohenin görüşündə müzakirə olunan məsələləri açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, görüş zamanı Azərbaycanla ilə İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə C.Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.

Həftənin ən çox oxunanları

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib
DAVAMIN OXU davamın oxu

"Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır
DAVAMIN OXU davamın oxu