Azərbaycan və Türkiyə xilasediciləri birgə təlim keçirib

Azərbaycan və Türkiyə xilasediciləri birgə təlim keçirib
18.03.2024 14:53
Aa
dəq

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin (BAXD) beynəlxalq hümanitar əməliyyatlarda fəaliyyətinin genişləndirilməsi və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) sinifləndirməsinə hazırlanması üzrə tədbirlər çərçivəsində Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət və Təxirəsalınmaz Hallar Departamentinin (AFAD) mütəxəssislərinin iştirakı ilə Bakıda növbəti təlim kursları və məşq keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

FHN-in Akademiyasında keçirilən “Təlimin idarəetmə qrupu – EXCON”, “İNSARAG İdarəetmə sistemi – İCMS” kursları və “Zədələnmiş tikililərin stabilləşdirilməsi” üzrə məşqi AFAD-ın Fəlakətlərə müdaxilə departamentinin baş direktoru doktor Sadi Ergin və AFAD Axtarış-xilasetmə idarəsinin rəisi Kartal Muhçi yaxından izləyib, müvafiq tövsiyyələrini veriblər.

Təlim kurslarında və məşqdə iştirak edən mütəxəssislər - AFAD-ın INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrup rəhbəri Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvü, BAXD mentoru Haluk Önay Erten, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvləri Ramazan Yerli və Murat Balcı təlimlərin hazırlanması və koordinasiyası sahəsində beynəlxalq təcrübə, əməliyyatlar üzrə idarəetmə sistemlərindən istifadə qaydaları və imkanları barədə təlim iştirakçılarına ətraflı məlumat veriblər. Təlimin məşq hissəsində isə axtarış-xilasetmə əməliyyatları zamanı zədələnmiş tikililərin stabilləşdirilməsi üsullarının tətbiqi ilə bağlı praktiki vərdişlərin aşılanması qarşıya qoyulan əsas məqsədlərdən olub.

Sonra təlim üzrə fəaliyyətin təhlili aparılıb, kurslara və məşqə yekun vurulub. Mərasimdə çıxış edənlər - AFAD-ın Fəlakətlərə müdaxilə departamentinin baş direktoru doktor Sadi Ergin və FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik Ələsgər Əliyev təlimin əhəmiyyətini vurğulamaqla yanaşı, Dəstənin beynəlxalq humanitar əməliyyatlara hazırlığı sahəsində birgə fəaliyyətin mühümlüyünü önə çəkərək bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Sonra təlim kurslarını uğurla başa vurmuş Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.

 

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu