Əsas məzmuna keç

Azərbaycan və Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı müzakirə edib

Bakıda keçirilən hərbi dialoqda Vətən müharibəsi təcrübəsi əsasında loqistika və təminat məsələləri müzakirə olunub. Ordunun ərzaq və su təchizatı necə qurulur?

en ru

" Respublikasının ilə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna əsasən, arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.

Plana uyğun olaraq qonaqlara Vətən müharibəsində logistika sahəsində qazanılmış təcrübələrə dair təqdimatlar verilib.

Tədbirdə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyə töhfə verdiyi xüsusi qeyd olunub.

Tərəflər şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolunu müzakirə edib, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom dövrü mövzularında fikirlərini bölüşüblər.

Müharibə zamanı qidalanma və su təchizatı, maddi-texniki vəsaitlərin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti və yaralıların təxliyəsi, hamam-camaşırxana şəraitinin yaradılması, eləcə də digər təminat mövzuları ətrafında müzakirələr aparılıb.

Həmçinin qonaqlar hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili sahəsində görülən işlərlə tanış olublar.

Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…