Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib
23.11.2023 15:06
Aa
dəq

Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkədə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qazaxıstan rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

Həftənin ən çox oxunanları

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
DAVAMIN OXU davamın oxu

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər
DAVAMIN OXU davamın oxu

Polkovnik Samir Həziyev həbs edilib

Polkovnik Samir Həziyev həbs edilib
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
DAVAMIN OXU davamın oxu