Əsas məzmuna keç

Azərbaycan və Pakistanın ali audit qurumları birgə fəaliyyəti genişləndirir

Azərbaycan və Pakistanın ali audit qurumları birgə fəaliyyəti genişləndirir

Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Pakistanın Baş Auditoru Muhammad Acmal Qondalla dostluq və əməkdaşlıq əlaqələrinin gələcək...

Azərbaycanın Hesablama Palatasının sədri Pakistanın Baş Auditoru Acmal Qondalla dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Palatadan bildirilib.

Məlumata görə, qurumla Pakistanın Baş Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib. Sənədi hər iki qurumun rəhbəri imzalayıb.

Memorandum mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsini, eyni zamanda sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilin edilməsini ehtiva edir.

İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…