Azərbaycan və Moldova XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Azərbaycan və Moldova XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
08.04.2023 14:53
Aa
dəq

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada səfərdə olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Moldova Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr və Moldova dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.

Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya nazirliyində Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Moldova tərəfini isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Ruslan Bolboçan təmsil edib.

Məsləhətləşmələr zamanı ticarət-iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyinə vurğu edilib. Eyni zamanda tərəflər iki ölkənin BMT, Avropa Şurası, ATƏT, QDİƏT, GUAM kimi beynəlxalq və regional təşkilatlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin önəmli dərəcədə artması qeyd olunaraq, bu sahədə daha böyük potensialın mövcudluğuna diqqət çəkilib. Hüquq-müqavilə bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində nazir müavini X.Xələfovun Moldovanın Parlamentinin sədri İqor Qrosu, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku, Moldova Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebrian, Moldovanın Prezident Administrasiyasının rəhbəri Andrey Spinu və Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Kristina Gerasimov, Moldovanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Sergiu Qerçu ilə ikitərəfli görüşləri keçirilib.

Keçirilən görüşlərdə Azərbaycan və Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Son illərdə iki ölkə rəsmiləri arasında fəal siyasi görüşlər yüksək qiymətləndirilərək, bu istiqamətdə mövcud tendensiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan və Moldova arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsindən məmnunluq ifadə olunub.

Moldova tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb. Görüşlərdə Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd olunub. Aqrar sahədə investisiya qoyuluşu, ixracyönümlü ortaq müəssisələrin yaradılması yönündə perspektivdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir müavini Xələf Xələfov Moldova Dövlət Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak edərək, əhatəli nitqlə çıxış edib.

Moldovaya səfər zamanı, nazir müavini X.Xələfov həmçinin, Moldovadakı soydaşlarımız, Moldova Azərbaycanlıları Konqresinin fəalları ilə görüşüb.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu