Azərbaycan və İordaniya parlamentləri arasında müzakirələr aparılıb

Azərbaycan və İordaniya parlamentləri arasında müzakirələr aparılıb
18.09.2023 14:54
Aa
dəq

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov İordaniya parlamentinin Nümayəndələr Palatasında Azərbaycanla Dustluq Assosiasiyasının üzvləri ilə görüş keçirib.

Səfirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, görüşdə İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Nimər Abdul Həmid Abdullah Al Sleyhət iki dost ölkənin qanunverici orqanları arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, bu sahədə parlament sədrləri və üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi mühüm qlobal tədbirlərin və təşəbbüslərin ərəb dünyasında böyük rezonans doğurduğunu qeyd edib.

Səfir E.Səlimov, öz növbəsində, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, parlamentlərin sıx əməkdaşlığı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə sanballı töhfə verir. Səfir əlavə edib ki, bu ilin mayında İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadinini başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirə qatılıb, Prezident İlham Əliyev iordaniyalı qonaqları qəbul edib.

Azərbaycanın diplomatı işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlar barədə də İordaniya parlamentinin üzvlərinə geniş məlumat verib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu