Azərbaycan və Gürcüstan Kür çayı hövzəsinin mühafizəsi üçün fəaliyyət planı hazırlayıb

Azərbaycan və Gürcüstan Kür çayı hövzəsinin mühafizəsi üçün fəaliyyət planı hazırlayıb
06.03.2024 12:45
Aa
dəq

Kür çayı hövzəsinin mühafizəsi və su ehtiyatlarının dayanıqlı idarə edilməsi məqsədilə Azərbaycan və Gürcüstan arasında Birgə Fəaliyyət planı hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, Fəaliyyət Planında Kür çayına qoşulan kiçik çayların keyfiyyət və kəmiyyət göstəricilərinin və Kür çayı hövzəsində daşqın və quraqlıq risklərinin qiymətləndirilməsi nəticələrinin mübadiləsi, habelə hövzənin su ehtiyatlarının birgə keyfiyyət və kəmiyyət monitorinqlərinin aparılması kimi məsələlər nəzərdə tutulub.

Bundan başqa, ötən il Kür çayına kanalizasiya və çirkab sularının axıdılması ilə bağlı aparılan monitorinqlər zamanı çaya birbaşa və ya dolayısı ilə təmizlənməmiş tullantı sularını axıdan müəssisə və təşkilatlar aşkar olunub. Xüsusilə Tərtərçay, Xaçınçay, Qoşqarçay, Qarqarçay və Gəncəçay çayları ilə Kür çayına tökülən çirkab sularının axıdılmasının qarşısının alınması üçün əksəriyyəti fiziki şəxslər adına olmaqla akt və protokollar tərtib olunub, çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib.

Kür çayı boyu yerləşən şəhərlərdə formalaşan tullantı sularının idarə edilməsi üçün kollektorların və tullantı su təmizləyici qurğuların inşası nəzərdə tutulub. Artıq Ağstafa, Qazax, Tovuz şəhərlərində kollektorlar və təmizləyici qurğular inşa edilib.

Həftənin ən çox oxunanları

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır
DAVAMIN OXU davamın oxu

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib
DAVAMIN OXU davamın oxu

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol
DAVAMIN OXU davamın oxu

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bu ilin dörd ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
DAVAMIN OXU davamın oxu

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
DAVAMIN OXU davamın oxu