Əsas məzmuna keç

Azərbaycan və Ermənistan liderləri sülh prosesini davam etdirəcək

Azərbaycan və Ermənistan liderləri sülh prosesini davam etdirəcək

İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan danışıqlarda sərhədlərin delimitasiyası və yekun sülh sazişi istiqamətində hansı mühüm qərarlar qəbul edilib?

en ru

İlham Əliyev və Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin və Ermənistanın Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub.

Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…