Əsas məzmuna keç

Azərbaycan və Efiopiya hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Azərbaycan və Efiopiya hərbi əməkdaşlıq sazişini təsdiqlədi

Milli Məclis Bakıda imzalanan mühüm müdafiə sazişini ratifikasiya etdi. Müdafiə Nazirlikləri hərbi təlimlər, təhsil və logistika üzrə əlaqələri necə quracaq?

ru en

Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində sazişini ratifikasiya edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı " Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.

Layihəyə əsasən, sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.

Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur.

Vurğulanıb ki, sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…