Əsas məzmuna keç

Azərbaycan və Çexiya hökumətləri 5-ci iclas keçirib

Azərbaycan və Çexiya hökumətləri 5-ci iclas keçirib

Praqada Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 5-ci iclası keçirilib. "Operativ...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Praqada və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Komissiyanın 5-ci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda iştirak etmək üçün nazir müavini, Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi Çexiyaya səfər edib.

İclasdan əvvəl S.Məmmədov Çexiyanın sənaye və nazirinin müavini Petr Tresnakla görüşüb. Görüşdə nazir müavini ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb və qeyd edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu baxımdan mühüm rola malikdir.

Onun sözlərinə görə, Azərbaycanla Çexiyanın iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye, neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verilib. P.Tresnak ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Daha sonra Qarışıq Komissiyanın iclası keçirilib. İclasda qarşılıqlı iqtisadi əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.

İclasda ticarət, investisiya, sənaye, maliyyə, , enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması, standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə müzakirələr aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…