Əsas məzmuna keç

Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 10 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib. Bu barədə Türkiyənin Enerji...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon təbii qaz ixrac edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 10,24 % çoxdur.

Bu ilin iyul ayında Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,65 % çoxdur.

Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycandan 883,562 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə iyulda Türkiyə ümumilikdə 3 milyard 574,71 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 17,94 % azdır.

İyulda Türkiyəyə qaz ixracına görə ilk yeri tutub. İlin 7-ci ayında Rusiyadan Türkiyəyə 1 milyard 482,58 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 10,92 % azdır.

İyulda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 619,29 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin iyul ayında İrandan Türkiyəyə qaz nəqli olmayıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…