Operativ Məlumat Mərkəzi

Azərbaycan "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan "TikTok"la əməkdaşlıq imkanlarını müzakirə edib
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok"...

Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb.

"Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb", - M. Cabbarov qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər