"Azərbaycan Sənaye Bankı"nın səhmdarı dəyişib

"Azərbaycan Sənaye Bankı"nın səhmdarı dəyişib
19.03.2023 14:35
Aa
dəq

"Azərbaycan Sənaye Bankı" ASC-nin (ASB) səhmlərinin 1 %-nə nəzarət edən Leyla Gözal Kurt (Bankın daxil olduğu "Azərsun Holdinq" MMC-nin prezidenti Abdulbari Gözalın qızı) payını satıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun payını holdinqə daxil olan "Azərbaycan Sənaye Sığorta" ASC alıb.

Şirkət həm də ASB-nin digər səhmdarı - "Anadolu İnvestment Kompani" MMC-nin payının 4,2 %-lik hissəsini əldə edərək payını 5,2 %-ə çatdırıb.

Əvəzində "Anadolu İnvestment Kompani"nin payı 98,4 %-dən 94,2 %-ə düşüb.

ASB-nin səhmlərinin qalan 0,6 %-i isə əvvəlki qaydada holdində daxil olan "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu