Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib
19.01.2024 18:43
Aa
dəq

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərin əhəmiyyəti qeyd olunub. O cümlədən yüksək səviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub.

İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişlənməsi imkanları müzakirə olunub.

Nazir Luminitsa Odobesku iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini qeyd edərək Rumıniyanın ikitərəfli Strateji Tərəfdaşlığın inkişafına sadiqliyini bir daha təsdiq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu