Operativ Məlumat Mərkəzi

"Formula 1"də ilk sərbəst yürüş başa çatıb

2 dəq
Paylaş:
"Formula 1"də ilk sərbəst yürüş başa çatıb
birinci sərbəst yürüş saat 13:30-da başlayıb. Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək. "Formula 2"də...

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "Red Bull" pilotu Maks Ferstappen birinci olub.

"Mercedes"dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.

"Formula 2"də sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər