Azərbaycan Prezidentinin köməkçisi Qazaxıstan səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi Qazaxıstan səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
05.10.2023 18:00
Aa
dəq

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada uğurla əməkdaşlıq edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Qazaxıstan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşündə bildirilib.

Görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub. Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib.

Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə Görüşünün önəmi vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib.

Səfir Alim Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu