Operativ Məlumat Mərkəzi

Azərbaycan pilotları “Qış təlimi - 2023” təlimlərində düşmən hədəflərini məhv ediblər

1 dəq
Paylaş:
Azərbaycan pilotları “Qış təlimi - 2023” təlimlərində  düşmən hədəflərini məhv ediblər

Azərbaycan pilotları “Qış təlimi - 2023” təlimlərində şərti düşmən hədəflərini məhv ediblər

Azərbaycan pilotları Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində hava manevrlərini icra ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlər çərçivəsində pilotlar müxtəlif tapşırıqları yerinə yetiriblər.

Məşqlər zamanı, həmçinin şərti hədəflər məhv edilib.

Qeyd edək ki, 17 ölkədən 1758 nəfərin iştirak etdiyi təlimlərdə həmçinin 651 nəqliyyat və 28 müxtəlif növdə 865 silahdan istifadə olunur. Hazırlıqlar mənfi 17 dərəcə hava şəraitində keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər