Operativ Məlumat Mərkəzi

Yol qəzasında həlak olan hərbçi Taleh Əliyevlə vida mərasimi keçirilir

1 dəq
Paylaş:
Yol qəzasında həlak olan hərbçi Taleh Əliyevlə vida mərasimi keçirilir
hazırda onunla vida mərasimi keçirilir. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon...

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Əliyev Taleh Saleh oğlunun nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun Gödəkqobu kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər