Azərbaycan millisinin rəqibləri Bakıya nə vaxt gələcək?

Azərbaycan millisinin rəqibləri Bakıya nə vaxt gələcək?
18.03.2024 11:44
Aa
dəq

Azərbaycan millisinin “FIFA series – Edition 2024” turnirindəki rəqibləri Monqolustan, Bolqarıstan, həmçinin yarışın digər iştirakçısı Tanzaniya milli komandasının Bakıya gələcəyi vaxt açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

"Tanzaniya millisi bu gün Bakıya gələcək, martın 19-da isə Monqolustan və Bolqarıstan yığmaları ölkəmizə çatacaqlar. Rəqib komandaların azarkeşlərinin Bakıya gəlmək ehtimalı yoxdur. Mümkün olarsa, həmin ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları və ya ölkəmizdə yaşayan vətəndaşları gəlib matçları izləyə bilərlər".

AFFA rəsmisi bilet satışına da aydınlıq gətirib: "Millimizin oyunlarına bilet satışı ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Bu barədə ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq.

Həftənin ən çox oxunanları

PSJ baş məşqçisi ilə bağlı qərar verib

PSJ baş məşqçisi ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

İbrahim Şehiç millidəki karyerasını bitirib

İbrahim Şehiç millidəki karyerasını bitirib
DAVAMIN OXU davamın oxu

“Qəbələ” “Səbail”i məğlub edib

“Qəbələ” “Səbail”i məğlub edib
DAVAMIN OXU davamın oxu

"Arsenal" köhnə qapıçısını qaytara bilər

DAVAMIN OXU davamın oxu

"Feyenoord" Arne Slotun yerini bu məşqçi ilə dolduracaq

DAVAMIN OXU davamın oxu